WUF13 Dəyirmi Masa

WUF13 Dəyirmi Masa

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində 13-cü Dünya Şəhər Forumu (WUF13) ilə bağlı tələbələr üçün məlumat sessiyası və dəyirmi masa keçirilmişdir. Sessiyanın məqsədi tələbələri davamlı və inklüziv şəhərlərin formalaşdırılması, urban inkişaf istiqamətində qlobal çağırışlar və WUF13 çərçivəsində müzakirə olunan əsas mövzular barədə məlumatlandırmaq olmuşdur. Tədbir çərçivəsində inklüzivlik və smart şəhərlər mövzuları üzrə tələbələr qruplar şəklində müzakirələr apararaq şəhərlərin daha inklüziv və texnoloji baxımdan inkişafı ilə bağlı ideyalar irəli sürmüş və bu ideyaları əsaslandıraraq təqdim etmişlər. Dəyirmi masa formatında keçirilən müzakirələr tələbələrin mövzu üzrə fəal iştirakını və fikir mübadiləsini təşviq etmişdir.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×