AR Təhsil Cəmiyyəti ilə Memorandum
Azərbaycan Respublikasının Təhsil Cəmiyyəti ilə ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanmasında əsas məqsəd təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gələcək karyera imkanlarının artırılmasıdır. Tərəflər arasında keçirilən görüşdə birgə layihələrin həyata keçirilməsi, innovativ tədris metodlarının tətbiqi, təcrübə proqramlarının təşkili və gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması məsələləri müzakirə olunub.
İmzalanan memorandumun gələcəkdə müxtəlif təhsil layihələrinin, seminarların, təlimlərin və digər birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradacağı bildirilib.














