Təhsil, Təlim, Məşğulluq
ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci Təhsil, Təlim, Məşğulluq və Sənaye Şəbəkələşməsi Görüşündə iştirak etmişdir. Şəbəkələşmə görüşü çərçivəsində kollecin stendi və təqdimatı nümayiş olunmuş, iştirakçılara kollecin fəaliyyəti, təhsil imkanları və ixtisasları barədə ətraflı məlumat verilmişdir.
Görüş zamanı kollecin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və KVET Təlim Mərkəzinin nümayəndələri ilə bir araya gələrək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Həmçinin əmək bazarının tələbləri, peşə və ixtisas təhsilinin inkişafı istiqamətində mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır. İştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilmiş, təcrübə və həll yolları paylaşılmış, gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilmişdir. Görüş qarşılıqlı əlaqələrin gücləndirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından səmərəli olmuşdur.