Korrupsiyaya qarşı mübarizə
03.07.2026-cı il tarixdə ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində müəllim və tələbələrin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda Dəyirmi Masa keçirilmişdir. Qonaq qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və De-Fendo Vəkil Bürosunun Vəkili Zeynəb Mustafayeva təqdimatlarla ətraflı çıxış edərək geniş müzakirə açmışdır. Müzakirədə korrupsiya və rüşvət elementlərinin dövlətimizin inkişafına və millətimizin mənəviyyatına böyük zərbə vuran neqativ sahə olduğu fikrinə müxtəlif izahlarla aydınlıq gətirmişdir. Müəllim və tələbələrin çoxsaylı suallarına əhatəli cavablarla izahatlar vermişdir. Tədbirin yekununda xatirə şəkilləri çəkdirmişlər.










Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin: