Elmi-Tədqiqat İnstitutunu ziyarət

Elmi-Tədqiqat İnstitutunu ziyarət

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri üçün məhsuldar və öyrədici görüş! 
ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda keçirilən maarifləndirici görüşdə iştirak ediblər.
Görüş zamanı tələbələr tərəvəzçilik sahəsində aparılan elmi-tədqiqat işləri, müasir aqrotexnoloji yanaşmalar, innovativ istehsal metodları və dayanıqlı kənd təsərrüfatı istiqamətində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olublar. İnstitut əməkdaşları tərəfindən təqdim olunan məlumatlar tələbələrə nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirmək imkanı yaradıb.
Elm və təcrübənin qovuşduğu bu görüş tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, onların innovativ yanaşmalara marağını daha da artırıb. Gələcəyin dayanıqlı inkişafına doğru atılan bu addım elm və təhsilin əməkdaşlığının əhəmiyyətini bir daha nümayiş etdirib. 

 

 


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×