İxtisaslar

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində ölkənin sənaye, energetika, neft-qaz və iqtisadi sektorlarının tələblərinə uyğun orta ixtisaslı mütəxəssislər hazırlanır. Kollecdə tədris müasir təhsil standartlarına uyğun təşkil edilir və tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirilir.

Kollecdə mütəxəssis hazırlığı 13 ixtisas üzrə təşkil olunmuşdur:

İqtisadi ixtisas:

  • 040406 – Mühasibat uçotu

Energetika və elektrik ixtisasları:

  • 040514 – Elektrik stansiyası və yarımstansiyası avadanlıqlarının quraşdırılması

  • 040515 – Elektrik təchizatı (sahələr üzrə)

  • 040526 – İstilik təchizatı və istilik texnikası avadanlıqları

  • 040527 – İşıq texnikası və işıq mənbələri

  • 040559 – Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı

Ekologiya və texniki istiqamətlər:

  • 040518 – Ətraf mühitin mühafizəsi və bərpası

  • 040543 – Məişət tullantılarının idarə olunması

Neft və qaz sənayesi üzrə ixtisaslar:

  • 040545 – Neft emalı və neft kimyası

  • 040546 – Neft və qaz yataqlarında geoloji və geofiziki işlər

  • 040547 – Neft və qaz yataqlarının istismarı

  • 040548 – Neft-qaz işi

  • 040549 – Neft-qaz qurğuları

Kollecdə təhsil həm 9 illik, həm də 11 illik təhsil bazası üzrə qəbul olunmuş tələbələr üçün təşkil edilir. Təhsil müddəti ixtisas və qəbul bazasından asılı olaraq 2 ildən 3 ilə qədər dəyişir.

Bununla yanaşı kollecdə əlavə təhsil (təkrar orta ixtisas təhsili) də təşkil olunur. Bu təhsil forması artıq orta ixtisas və ya ali təhsili olan şəxslərin ikinci ixtisas əldə etməsinə, yeni peşə bacarıqları qazanmasına və əmək bazarında rəqabət qabiliyyətini artırmasına imkan yaradır.