26 iyun - Silahlı Qüvvələri günü

26 iyun - Silahlı Qüvvələri günü

25.06.2026-cı il tarixdə  ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində “26 iyun Azərbaycan Silahlı Qüvvələri günü” ilə əlaqədar Dəyirmi Masa keçirilmişdir. Qonaq qismində Vətən Müharibəsi Qəhrəmanı, Hərbi pilot, N saylı Hərbi Hissə komandiri, polkovnik Rəşad Nadirov, silahdaşları iştirak etmiş və çıxış etmişlər. Yekunda polkovnik Rəşad Nadirov müəllim və tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırmışdır. Tədbir milli, vətənpərvər mövzuda diqqətçəkən olmuşdur. Tələbələr ordumuzun rəşadətli zabit və əsgərləri ilə fəxr etmişlər, yekunda xatirə şəkilləri çəkdirmişlər.

 


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×