WUF13

WUF13

Bu gün ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində WUF13 çərçivəsində onlayn dərslərin təşkili ilə bağlı iclas keçirilmişdir. İclas zamanı 18–22 may tarixlərini əhatə edən həftə ərzində tədris prosesinin onlayn formatda həyata keçirilməsi nəzərdə tutulmuş və bu istiqamətdə görüləcək işlər müzakirə edilmişdir. Müzakirələr çərçivəsində ənənəvi tədris modelindən onlayn dərslərə keçidin səmərəli və fasiləsiz təşkili, tədrisin keyfiyyətinin qorunması, eləcə də tələbələrin dərs prosesində aktiv iştirakının təmin olunması əsas diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, müəllim və tələbələr üçün texniki və təşkilati məsələlərin operativ həlli, effektiv kommunikasiya mexanizmlərinin qurulması və ümumi koordinasiyanın gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×