WUF-13 tədbiri zamanı onlayn dərslər
ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci (PHŞ)-də WUF-13 tədbiri ilə əlaqədar olaraq tədris prosesi müvəqqəti olaraq onlayn formatda təşkil edilmişdir.
Tədris prosesinin fasiləsiz, səmərəli və yüksək keyfiyyətlə davam etdirilməsi məqsədilə bütün dərslərin gedişatı kollecin rəhbərliyi tərəfindən diqqətlə nəzarətdə saxlanılır. Eyni zamanda, keyfiyyətə nəzarət komandası tərəfindən dərslərin monitorinqi aparılır, proses izlənilir və zəruri texniki dəstək təmin edilir.
Qeyd edək ki, bu müddət ərzində tələbələrin dərslərdə tam iştirakı, tədris keyfiyyətinin qorunması və akademik prosesin dayanıqlılığının təmin olunması əsas prioritet olaraq qalır.





Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin: