Texnoloji təlim
Mastertech layihəsi çərçivəsində həyata keçirilmiş texnoloji təlim proqramı yekunlaşdı. Bir ay davam edən proqram müddətində iştirakçılar Microsoft Office proqramları (Word, PowerPoint, Excel) üzrə sistemli biliklər əldə etmiş, həmçinin Gmail və Google Drive platformaları vasitəsilə akademik kommunikasiya, faylların effektiv və elektron jurnalın idarə olunması istiqamətində praktiki bacarıqlarını inkişaf etdirmişlər. Təlim proqramı müasir pedaqoji yanaşmalar əsasında təşkil olunaraq nəzəri biliklərin təqdimatı ilə yanaşı, real həyat situasiyalarına əsaslanan tətbiqi tapşırıqlar və layihələr vasitəsilə iştirakçıların funksional səriştələrinin formalaşdırılmasını təmin etmişdir. Proqramın yekununda yüksək nəticə və fəallıq nümayiş etdirən iştirakçılar müvafiq sertifikatlarla təltif olunmuşlar.





















