“Sağlam ailə, Sağlam Cəmiyyət”
“15 May – Beynəlxalq Ailə Günü münasibətilə “Sağlam ailə, Sağlam Cəmiyyət” mövzusunda Azərbaycan Respublikasının Millət Vəkili Pərvanə Vəliyeva ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin (PHŞ) müəllim və tələbə heyətinin kollektiv görüşü keçirilmişdir.
Görüş zamanı sağlam ailə dəyərlərinin qorunması, gənclərin milli-mənəvi ruhda tərbiyəsi, cəmiyyətin inkişafında ailənin rolu və sosial məsuliyyət mövzuları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tədbirdə çıxış edənlər ailənin sağlam cəmiyyətin əsas təməli olduğunu vurğulayaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd etmişlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmış, görüş qarşılıqlı fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.





































