Rəqəmsal İdeya Müsabiqəsi

Rəqəmsal İdeya Müsabiqəsi

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin müəllimləri “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsində uğurla iştirak edərək final mərhələsində TOP 10-luqda yer almışlar.
Müsabiqədə kolleci təmsil edən Rəksana Məmmədova, Aydan Çıraqlı və Toğrul Hacızadəni bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin innovativ potensialının üzə çıxarılması, komanda quruculuğu bacarıqlarının inkişaf etdirilməsi və süni intellekt əsaslı yanaşmaların təşviqinə xidmət edir.
Müsabiqə iştirakçıları şəhər planlaşdırılması, nəqliyyat, ekoloji balans və ictimai məkanların idarə olunması istiqamətlərində innovativ ideyalar üzərində çalışaraq, real tətbiq imkanlarına malik rəqəmsal həllər təqdim etmişlər.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×