Qəlblərdə Əbədiləşən Lider
07.05.2025-ci il tarixində ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qəlblərdə Əbədiləşən Lider” mövzusunda konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransı giriş sözü ilə açan kollecin direktoru, dos. Ata Babayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşdırılması və möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı, eləcə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs etmişdir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sosial-iqtisad Kollecinin direktoru prof. Mübariz Hacıbəyov və Qarabağ-Aprel döyüşləri qazisi, polkovnik Eldəniz Sadıqov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və müasir Azərbaycan dövləti qarşısındakı tarixi xidmətləri barədə fikirlərini iştirakçılarla bölüşmüşlər.
Sonda BNEK-in 545/4 qrup tələbəsi Sərkər Zeynalov Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən bəhs edərək, gənclərə göstərilən diqqət və qayğının onların formalaşmasında mühüm rol oynadığını, eyni zamanda gələcəyin gücünü və inkişafını məhz gənclərdə gördüyünü vurğulamışdır.









Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin: