Narkotik asılılığı mövzusunda konfrans

Narkotik asılılığı mövzusunda konfrans

“Narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması” mövzusunda maarifləndirici konfrans keçirildi. Tədbirdə kollecin direktoru Ata müəllim, Peşəkar Psixoloqlar Birliyinin direktoru Səbinə İsmayılova, Bakı 24 saylı Mediasiya Təşkilatının direktoru Ülkər Zülfüqarova, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru Səltənət Həsənova və Peşəkar Psixoloqlar Birliyinin psixoloqu Ləman Məmmədli çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bölüşdülər. Çıxış edən qonaqların hər biri narkotiklə mübarizədə ailə institutunun rolunu, valideyn məsuliyyətini və gənclərin düzgün istiqamətləndirilməsinin vacibliyini xüsusi vurğulayaraq iştirakçılar üçün olduqca faydalı və maarifləndirici məlumatlar təqdim etdilər. Onların peşəkar yanaşması və səmimi tövsiyələri tədbirin yüksək səviyyədə keçməsinə böyük töhfə verdi. Konfrans çərçivəsində videoçarx nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Cəmiyyətin sağlam gələcəyi naminə bu kimi maarifləndirici təşəbbüslər mühüm əhəmiyyət daşıyır.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×