İmtahan prosesi mövzusunda seminar

İmtahan prosesi mövzusunda seminar

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində pedaqoji heyət üçün seminar keçirilmişdir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Bakı Neft-Energetika Kollecində müəllim və pedaqoji heyətin iştirakı ilə "İmtahan prosesində stressin idarə olunması və böhranlı vəziyyətlərin həlli yolları" mövzusunda seminar təşkil olunub.
Kollecin metodisti Səkinə Qaffarova və psixoloqu Sevinc Abbaszadə tərəfindən idarə olunan seminarda, imtahan sessiyası dövründə yarana biləcək gərginliyin qarşısının alınması, pedaqoqların stressə davamlılığı və tələbələrlə effektiv kommunikasiyanın qurulması barədə metodiki və psixoloji tövsiyələr diqqətə çatdırılıb. İnteraktiv formatda keçən tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
 


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×