Memorandum

Memorandum

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci ilə AZMİU-nun nəzdində İnşaat Kolleci arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Memorandum əsasən sosial layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş təşəbbüslərin genişləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini əhatə edir. Görüş çərçivəsində hər iki təhsil müəssisəsi arasında perspektiv əməkdaşlıq imkanları, yeni layihələr və əlavə tərəfdaşlıqlar müzakirə olunmuşdur. İmzalanmış memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, təhsil sahəsində innovativ yanaşmaların tətbiqinə və tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına töhfə verəcəkdir.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×