Məzun Karyera Sərgisi

Məzun Karyera Sərgisi

14.05.2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVII Məzun–Karyera Sərgisi keçirilib.
Sərgidə ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kollecinin (PHŞ) müəllim-tələbə heyəti də iştirak ediblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edib. SOCAR Polymer, BP Azerbaijan, “Azərenerji”, “Azərsun Holdinq”, Nobel Energy, Deloitte, Saipem, EY Azerbaijan, Turan Drilling və digər nüfuzlu şirkətlər tələbə və məzunlara vakansiya və təcrübə proqramlarını təqdim ediblər.
Tədbir çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə görüşlər keçiriblər. Tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq karyera imkanları, işə qəbul prosesi və peşə inkişafı istiqamətində məlumat əldə ediblər.
Qeyd edək ki, sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarı ilə əlaqələrinin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi olub.
 






Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×