Müəllim Günü
ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində 03.10.2025-ci il tarixdə "5 oktyabr Ümumdünya Müəllim Günü" nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət himni səsləndirilmiş, Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Ulu Öndər Heydər Əliyevin Müəllim haqqında qiymətli kəlamlar söylədiyi videoçarx göstərilmişdir. Kollecin direktoru dos. Ata Babayev bu istiqamətdə geniş çıxış edərək, bütün müəllimləri "Müəllim Günü" münasibətilə təbrik etmişdir. Tədbirin sonunda pedaqoji fəaliyyətində fərqlənən müəllimlərə Təşəkkürnamələr təqdim edilmişdir.
Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin: