Google alətləri təlimi
ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində kollektiv üçün Google alətlərindən istifadəyə dair təlim təşkil olunub. Təlim çərçivəsində iştirakçılara Gmail platformasında peşəkar yazışma qaydaları, akademik yazışma üslubu, Google Drive vasitəsilə məlumatların paylaşılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin sorğuların və müxtəlif formaların yaradılması mövzularında nəzəri və praktiki məlumatlar verilib. Təlim zamanı yerinə yetirilən praktiki tapşırıqlar vasitəsilə iştirakçıların bilik və bacarıqları daha da möhkəmləndirilib.
Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin: