Görüş

Görüş

ADNSU - nun nəzdində  Bakı  Neft - Energetika Kollecində  WUF13  (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində ənənəvi tədrisdən onlayn tədrisə keçidin yüksək səviyyədə və fasiləsiz təşkili ilə bağlı görüş keçirilmişdir. Görüş zamanı kollecin direktor müavini Zümrüd Vəliyeva tərəfindən onlayn tədris prosesinin təşkilinə dair normativ tələblər, tətbiq ediləcək qaydalar və icra mexanizmləri sistemli şəkildə izah edilmiş, tədris prosesində vahid yanaşmanın təmin olunması, rəqəmsal mühitdə səmərəli idarəetmə və akademik intizamın qorunması məsələləri xüsusi olaraq diqqətə çatdırılmışdır. Eyni zamanda, tədrisin keyfiyyətinin sabit saxlanılması, keçid prosesinin koordinasiyalı şəkildə həyata keçirilməsi, potensial risklərin operativ şəkildə aradan qaldırılması və həm tələbələr, həm də pedaqoji heyət üçün effektiv, dayanıqlı və peşəkar onlayn tədris mühitinin formalaşdırılması istiqamətində konkret tapşırıqlar və metodiki tövsiyələr təqdim olunmuşdur.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×