Gənclərin həyatında idmanın rolu
28.10.2025 - tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci və Azərbaycan Savat Federasiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Gənclərinin Vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolu" mövzusunda tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edildi. Kollecin direktoru dos.Ata Babayev öz çıxışında tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra vətənpərvərlik mövzusunda dəyərli sözlərlə çıxışını sonlandırdı. Daha sonra Federasiyanın prezidenti Rafiq müəllim də öz çıxışında vətənpərvərlik ruhunda çıxış etdi. Milli yığma komandanın baş məşqçisi Taleh müəllim, Federasiyanın texniki direktoru Amid müəllim və dəfələrlə Dünya və Avropa çempionatının mükafatçısı olan Həsən müəllim öz çıxışlarında tələbələrlə görüşlərinin əsas qayəsinin vətənpərvərlik, sağlamlıq və bunların əhəmiyyəti olduğunu bildirdilər.