EKO Gələcək

EKO Gələcək

Tələbələr Gənclər Təşkilatı tərəfindən hazırlanmış “EKO Gələcək” adlı seminar təşkil edilmişdir. Seminar Bakı şəhəri və ümumilikdə Azərbaycanın digər şəhərlərində 2030-cu ilə qədər inklüziv, innovativ və dayanıqlı şəhər mühitinin formalaşdırılması məsələlərinə həsr olunmuşdur. Seminar çərçivəsində iştirakçılara qabaqcıl beynəlxalq təcrübələr təqdim edilmiş, inkişaf etmiş şəhərlərdə tətbiq olunan uğurlu modellər geniş şəkildə təhlil olunmuşdur. Xüsusilə inklüzivliyin gücləndirilməsi, ekoloji davamlılığın təmin edilməsi, əlçatan şəhər infrastrukturunun qurulması və innovativ həllərin tətbiqi kimi prioritet istiqamətlər diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda, tələbələr tərəfindən təqdim olunan yanaşmalarda bu təcrübələrin Azərbaycanın mövcud reallıqlarına uyğunlaşdırılması, yerli şəraitdə tətbiqi mümkün olan effektiv mexanizmlərin müəyyənləşdirilməsi və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əsaslandırılmış təkliflər irəli sürülmüşdür.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×