dos. Ata Babayev
08.05.2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Yeni Azərbaycan Partiyası Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin (PHŞ) rəhbərliyi və bir qrup əməkdaşı iştirak etmişdir.
Tədbir çərçivəsində Kollecimizin direktoru dos. Ata Babayev Sabunçu Rayonunun ictimai həyatında səmərəli fəaliyyətinə görə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 2026-cı il 04 may tarixli, 115 nömrəli Sərəncamı ilə Fəxri fərmanla təltif olunmuşdur.
Bu yüksək dəyərli mükafat rəhbərliyin vətənə, dövlətə sədaqət ruhunda həyata keçirdiyi fəaliyyətin və uzunmüddətli zəhmətinin, məsuliyyətli yanaşmasının, kollektivə göstərdiyi diqqətin, gənclərin vətənpərvər ruhda yetişməsi və yaxşı təhsilə yiyələnməsi üçün göstərdiyi qayğının nəticəsidir.
Kollektiv adından direktorumuzu təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar, ölkəmizin inkişafı və tərəqqisi naminə yeni nailiyyətlər arzulayırıq.