8 NOYABR ZƏFƏR GÜNÜ
05.11.2025-ci il tarixdə ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecində “8 NOYABR ZƏFƏR GÜNÜNƏ” həsr olunmuş tədbiri keçirilmişdir. Tədbirdə Şəhid ailələri, Qazilər, müəllim və tələbələr iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Kollecin direktoru dos. Ata Babayev çıxış edərək iştirak edən Şəhid ailələri və qazilərə iştirak etdikləri üçün öz məmnunluğunu ifadə edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyduğundan, ərazi bütövlüyümüzün bərpası yolunda müzəffər ordumuzun qəhrəmanlıq səlnaməsindən geniş və iftixar hissi ilə danışdı. Tədbirdə Şəhid ailələri, Qazilər, müəllim və tələbələr çıxış edərək hərbi mahnıların sədaları altında bayram əhval-ruhiyyəsi yaşamışdır. Tədbir milli qürur və vətənpərvərlik hissləri ilə başa çatmışdır.