27 sentyabr Anım Günü

27 sentyabr Anım Günü

ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kollecində "27 sentyabr Anım Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kollecimizin Şəhid məzunlarımızın valideynləri və Qazilərimiz də iştirak etmişdir. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır və 1 dəqiqəlik sükutla Ərazi Bütövlüyü Uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi yad edilmişdir. Kollecin direktoru dos.Ata Babayev öz çıxışında bu günün unudulmaz olduğunu, Şəhidlərimizin əbədi olaraq qəlbimizdə yaşayacağını bildirmişdir. Şəhidlərimizlə bağlı videoçarx nümayiş etdirilmişdir.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×