18 May–18 İyun İnsan Hüquqları Aylığı
11.06.2026-cı il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində “18 May – 18 İyun İnsan Hüquqları Aylığı” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Mədinə Leqayeva iştirak etmişdir. O, çıxışı zamanı insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyətindən, vətəndaşların hüquqi maarifləndirilməsinin vacibliyindən, həmçinin hüquqların müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Dəyirmi masa iştirakçıları insan hüquqlarının müdafiəsi, hüquqi dövlət prinsipləri və cəmiyyətin hüquq mədəniyyətinin inkişafı ilə bağlı fikir mübadiləsi aparmış, onları maraqlandıran suallara ətraflı cavablar almışlar.
Tədbir tələbələrin mövzu ilə bağlı biliklərinin artırılmasına və hüquqi maarifləndirmənin gücləndirilməsinə töhfə vermişdir.














