Zümrüd Vəliyeva

User avatar


  • Email: zumrud.veliyeva@boec.edu.az

Haqqında:

Vəliyeva Zümrüd Zahid qızı 1999-cu il oktyabrın 18-də Bakı şəhərində anadan olmuşdur.

2006-cı ildə orta təhsilə başlamış, orta təhsilini Bakı şəhər 30 nömrəli Vahid Əzizov adına tam orta məktəbdə başa vurmuşdur.

2017-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinin ingilis bölməsinə qəbul olunmuş, riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Peşəkar fəaliyyətinə beynəlxalq təhsil mühitində başlamış, Landau School, Bakı Beynəlxalq Təhsil Kompleksi və Oxbridge Academy-də riyaziyyat müəllimi kimi çalışmış, A-level və SAT proqramları üzrə dərs demişdir.

2023–2025-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə icra etdiyi dövlət proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi üzrə magistr dərəcəsi almışdır.

Rəhbərliyi ilə 100-ə yaxın şagird SASMO, AMO, Kenquru, STEAM və SIMOC kimi beynəlxalq riyaziyyat yarışlarında yüksək nəticələr əldə etmişdir.

2026-cı ildən ADNSU-nun nəzdində Bakı Neft-Energetika kollecində tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir.


Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.