Muxtar Həsənov

User avatar


  • Email: muxtar.hesenov@boec.edu.az

Haqqında:

Həsənov Muxtar Məmmədtağı oğlu 1963-cü il 15 sentyabrda Qərbi Azərbaycanın Şörəyel mahalı (Amasiya rayonu), Oxçoğlu kəndində anadan olub.

1981–1986-cı illərdə Azərbaycan Texniki Universitetində “Elektron Hesablama Maşınları” ixtisasına yiyələnərək, təyinatla Naxçıvan şəhərinə göndərilmiş və 1986–1992-ci ildə Naxçıvan Politexnik texnikumunda, 1990–1992-ci ildə Naxçıvan Dövlət Universitetində saat hesabı üzrə dərs aparmışdır. Naxçıvanda yaşadığı dövrdə siyasi fəal olmuş və Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməmiş onun haqqında mətbuat səhifələrində tarixi məqalələrlə çıxış etmişdir.

1992-ci ildə Gəncə şəhərinə köçmüş və Gəncə Dövlət Universitetində mühəndis-proqramist, 1996-cı ildən müəllim və 2013-cü ilin sonunadək bir neçə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir.

2014-cü ilin yanvarından yaşayış yerini dəyişərək Bakı şəhərinə köçmüş həmin ilin yanvarın 7-dən 2018-ci il yanvarınadək Azərbaycan Respublikası Təhsil İnstitutunda Təhsil Texnologiyaları Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2018-ci il oktyabrından 2019-cu il mart ayınadək olan TİPİ-də Direktor hazırlığı kursunu bitirərək müsahibədən keçmişdir.

2018-ci ilin mart ayından 2020-ci ilin yanvar ayınadək TİPİ-də Layihələrin idarə edilməsi şöbəsinin müdiri, sonradan Azərbaycan Respublikası Təhsil İnstitutunda Layihələrin idarə edilməsi və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2021-ci ilin iyun ayından AzMİU-nun nəzdində İnşaat Kollecinə Tərbiyə işləri üzrə direktor müavini göndərilmiş və 2025-ci ilin fevralınadək bu vəzifədə çalışmışdır.

2025-ci ilin 14 fevralından EATDA-nın əmrinə əsasən ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinə Tərbiyə işləri üzrə direktor müavini təyin edilmişdir.

30-dək elmi məqalənin, respublikada və respublikadan kənarda beynəlxalq konfransların iştirakçısı olmuş, 5 metodik vəsait çap etdirmiş, bu vəsaitlərdən biri İnformasiya və insan ARTİ-nin Elmi Şurasının (18 noyabr 2016-cı il tarixli, 03 №-li) qərarı ilə çap olunmuşdur. MİQ-o, Dövlət Qulluğuna və Magistraturaya hazırlaşanlar üçün “Məntiq və Kurikulum” (nəzəri məlumat və test nümunələrindən ibarət), “Tədrisdə interaktiv metod”, və “Şagirdlərdə məntiqi təfəkkürün inkişafı” vəsaitləri çap edilmişdir. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Yaddaş Fenomeni” kitabını çap etdirmişdir. 2023-cü ildə Azərbaycan Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” adına layiq görülmüşdür. 60 illik yubileyi münasibətilə YAP Yasamal rayon təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.

Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq Türk Yazarlar Birliyinin üzvüdür. Qızıl qələm mükafatı laureatıdır. “Şagird şəxsiyyətinin formalaşmasında məntiq və informasiyanın rolu üzrə işin sistemi” mövzusunda dissertasiya işini yekunlaşdıraraq müdafiəyə təqdim etmişdir. Respublika mətbuatında 40-dək publisistik məqalənin müəllifidir.

YAP üzvüdür, ailəlidir.