Haqqımızda

Əsası 1921-ci ildə qoyulmuş Bakı Neft və Bakı baza Energetika texnikumları 08 fevral 1997-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə vahid təhsil müəssisəsində Bakı Neft-Energetika Kollecində fəaliyyət göstərməyə başlamışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 03 fevral tarixli, 30 nömrəli qərarına əsasən Kollecin adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci adlandırılmışdır.

Kollec 17 ixtisas üzrə kadr hazırlığını indi də davam etdirir və məzun tələbələrinə “Sub-Bakalavr” dərəcəsi ilə diplom verir:

  1. 040406 – “Mühasibat uçotu”
  2. 040514 – “Elektirk stansiysı və yarımstansiyası avadanlıqlarının quraşdırılması”
  3. 040515 – “Elektrik təchizatı” (Sahələr üzrə)
  4. 040518 – “Ətraf mühitinin mühafizəsi və bərpası“
  5. 040526 – “İstilik təchizatı və istilik texnikası avadanlıqları”
  6. 040527 – “İşıq texnikası və işıq mənbələri”
  7. 040543 – “Məişət tullantılarının idarə olunması“
  8. 040545 – “Neft emalı və neft kimyası”
  9. 040546 – “Neft və qaz yataqlarında geoloji və geofiziki işlər”
  10. 040547 – “Neft və qaz yataqlarının istismarı”
  11. 040548 – “Neft – qaz işi”
  12. 040549 – “Neft – qaz qurğuları”
  13. 040559 – “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı”
  14. .
  15. .
  16. .
  17. .

 

Kollecin əyani və qiyabi şöbələrində hazırda 1775 tələbə təhsil alır.
Tələbələrin təlim-tərbiyəsi ilə 76 nəfər yüksək ixtisaslı, böyük istehsalat və pedaqoji iş stajına malik müəllim məşğul olur.
Kollec geniş tədris – texniki bazaya malikdir. 50-dən çox auditoriya fondu, texniki vasitələrlə təchiz olunmuş 27 fənn kabineti və 3 laboratoriya, 100 nəfərlik oxu zalı və 54.484 min kitab fondu olan kitabxana, böyük idman zalı, əl oyunları stadionu, 150 yerlik yeməkxana və tədris emalatxanaları tələbələrin ixtiyarına verilmişdir…