Təlimatlandırma görüşü

Təlimatlandırma görüşü

Bakı Neft-Energetika Kollecində imtahan sessiyasının təşkilinə dair təlimatlandırma görüşü keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Bakı Neft-Energetika Kollecində növbəti imtahan sessiyasına hazırlıq işləri çərçivəsində imtahan nəzarətçiləri və inzibati-texniki heyətlə maarifləndirici görüş təşkil olunub.
Tədbirdə çıxış edən Tədris işləri üzrə direktor müavini Zümrüd Vəliyeva imtahan prosesinin normativ-hüquqi bazası, sessiyanın təşkili prinsipləri və daxili nizam-intizam qaydaları barədə geniş məruzə edib. O, qiymətləndirmənin tam obyektiv, şəffaf və mövcud təlimatlara uyğun şəkildə həyata keçirilməsinin kollecin prioritet hədəflərindən olduğunu vurğulayıb, nəzarətçilərin vəzifə öhdəliklərini diqqətə çatdırıb.
İşgüzar şəraitdə davam edən görüşdə imtahanların idarə olunması, yarana biləcək kənar halların preventiv şəkildə qarşısının alınması və prosedurların optimallaşdırılması məsələləri ətrafında müzakirələr aparılıb. Sonda heyəti maraqlandıran suallar rəsmi təlimatnaməyə uyğun olaraq ətraflı cavablandırılıb.
 


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×