Sərgi

Sərgi

ADNSU-nun nəzdində Bakı Neft Energetika Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qəlblərdə Əbədiləşən Lider” adlı tələbələrin əl işlərindən ibarət sərgi keçirilmişdir.
Sərgidə kollecin rəhbərliyi, müəllim və tələbələr iştirak etmişlər. Bu sərgi xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini əks etdirir.
“Qəlblərdə Əbədiləşən Lider” sərgisi Fundamental fənnlər komissiyası tərəfindən hazırlanaraq yüksək səviyyədə təşkil edilmiş və iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×