Maarifləndirici seminar

Maarifləndirici seminar

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində maarifləndirici seminar.
Kollecimizdə tələbələrlə düzgün ünsiyyətin qurulması, pedaqoji yanaşmaların təkmilləşdirilməsi və daha peşəkar təhsil mühitinin formalaşdırılması mövzusunda psixoloq tərəfindən seminar təşkil olunmuşdur. Seminar zamanı müəllim və əməkdaşlara tələbələrlə effektiv davranış üsulları, müasir psixoloji yanaşmalar və sağlam ünsiyyət mühitinin yaradılması ilə bağlı praktiki tövsiyələr təqdim edilmişdir. İştirakçılar interaktiv müzakirələrdə fəal iştirak edərək mövzu ətrafında fikir mübadiləsi apardılar. Bu kimi təşəbbüslər kollecdə keyfiyyətli təhsil mühitinin inkişafına və pedaqoji fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət edir.


Tədbirlərimizi sosial şəbəkələrimizdən izləyin:
×