ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin kitabxanasında 28 May – Müstəqillik Günü ilə bağlı müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir torpaqlarımız uğrunda canından keçən Şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan direktor dos.Ata Babayev bu günün möhtəşəm bayramlarımızdan biri olduğu və xalqımızın uzun illər müstəqil və azad yaşamaq uğrunda mübarizə apararaq bu yolda qurbanlar verdiyini, ləyaqətli oğul və qızlarını itirdiyini bildirmişdir
