17.03.2025-ci il tarixdə ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecinin müəllim-tələbə kollektivi Milli bayramımız olan Baharın gəlişini Kollecin həyətində təntənə ilə “NOVRUZ -2025” adlı tədbirlə qeyd etdilər. Tədbirdə masalara müəllimlər və əməkdaşlar tərəfindən səməni, növruz şirniyyatı, gül və çərəzlərlə süfrələr salınmış, yerdə palaz və kilimlər döşənərək kətə, qutab bişirilməsi, samovar çay dəstgahı ilə qədim formada əsl bayram əhval ruhiyəsində bəzədilmişdir.
Tədbiri giriş sözü ilə açan direktor dosent Ata Babayev milli bayramımızın qədimliyindən, tarixin qərinələrindən keçib gələn, elmi əsaslara söykənən və təbiətdə baş verən fəsil dəyişmələri ilə üst-üstə düşən bir bayram olduğunu bu bayramın bir çox islam xalqlarının və xüsusən türk dünyasının Milli bayramı olduğuğunu bildirdi. Direktor öz adından və kollektiv adından hər kəsi – bütün müəllim və tələbələri, texniki heyəti və bütün əməkdaşları təbrik etdi, hər kəsə xoşbəxtlik və ruzi – bərəkət arzuladı. Çıxışından sonra Ata müəllim hər kəsi rəqsə dəvət etdi.
Aparıcılar ssenariyə uyğun rəngarəng əyləncəli oyunlar, ifalar, rəqslərlə məclisi şənləndirdilər. Kollecin rəhbər heyətinin süfrələrə baxış keçirməsi, hər kəslə yaxından bayramlaşması səmimi və yadda qalan oldu. Kosa və Keçəlin yaratdığı gülüş, rəqslər, bayram yumurtaları döyüşdürmək kimi təqdimatları hər kəsə bayram ovqatı bəxş etdi. Şənlik dos. Ata Babayevin alışdırdığı tonqalın ətrafında yallı gedərək başa çatdı.