07.03.2025-ci il tarixdə ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri gürüş sözü ilə açan Kollecin direktoru dos.Ata Babayev bu günün əlamətdar bir gün olduğu, bu günün bütün dünya xalqları tərəfindən qeyd edildiyini və respublikamızda, o cümlədən bizim kollektivdə də qeyd etdiyimizi bildirdi və bu günün “8 Mart Beynəlxalq Qadınlar Günü” kimi Beynəlxalq status qazanması haqqında, yaranma tarixi ilə bağlı maraqlı söhbət apardı. Yekunda Kollektiv adından, kollektivin kişi üzvləri adından bütün xanım əməkdaşları, o cümlədən tələbə qızları təbrik etdi və özü başda olmaqla kişilərin masalara yaxınlaşaraq hər kəsə ayrılıqda Qızıl güllər hədiyyə etmək üçün dəvət etdi. Təklif çox səmimi qarşılandı və xanımlar adından çıxış edənlər bu qayğı və diqqətə görə başda Ata müəllim olmaqla kollektivin kişi üzvlərinə öz minnətdarlıqlarını bildirdilər. Bununla da tədbir öz işini başa vurdu.
Qadınların həyat üçün fəaliyyətləri əvəzsizdir. Hazırda onlar cəmiyyətimizin bütün sahələrində fəaliyyət göstərirlər və hətta çoxluq təşkil edirlər. Eləcə də qadınlar icra mədəniyyəti və işə məsuliyyət hisslərini xüsusi vurğulamaq lazımdır.