4-5 mart 2025-ci il tarixlərdə Bakı İdman Sarayında Qazaxıstan Universitetlərinin təhsil sərgisi keçirilmişdir. ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecinin (PHŞ) 60-dan artıq yuxarı kurs tələbələri də iştirak edərək gələcək karyeralarının qurulması yollarında bu sərginin də rolu olacağını düşünmüşlər. Sərginin keçirilməsində əsas məqsəd tələbələri Qazaxıstan Universitetlərində təhsil imkanları barədə məlumatlandırmaqla Qazaxıstan və Azərbaycan dövlətləri arasında qarşılıqlı təhsil əlaqələrini genişləndirmək olmuşdur. Hər iki dövlətin Təhsil Nazirlərinin və Qazaxıstanın respublikamızdakı səfirliyinin də iştirakı ilə sərginin açılış törəni keçirilmiş və təhsil əlaqələrinin vacibliyinə toxunaraq çıxış edən Təhsil Nazirləri və səfir qeyd etmişlər ki, bu əlaqələrin artması xüsusən qardaş türk dövlətlərinin əsas strateji hədəflərindən biridir. Sərgi çox maraqlı təşkil edilmişdir. Tələbələrə 600-dək lotereya biletləri paylanmış və yadda qalan uduşlar olmuşdur. Bu uduşlar sırasında Qazaxıstanın müxtəlif Universitetlərində imtiyazlı təhsil imkanları təklif edilmiş, Qazaxıstanın Almaatı, Astana, Qarağandı və digər şəhərlərinə təyyarə biletləri və müxtəlif hədiyyələr təqdim edilmişdir.

Xəbərlər | Tədbirlər | Elanlar
_
-

24.10.2025-ci il tarixdə ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kolleci ilə Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı əsasında “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” Tədbirlər Planının qrafikinə uyğun “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusuna həsr olunmuş birgə tədbir keçirilmişdir.
24.10.2025-ci il tarixdə ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kolleci…
-

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində “Certspmc Services Limited” şirkətinin “Davamlı Karyera İnkişafı” mövzusunda informasiya seminarı keçirilmişdir.
-

Azərbaycan Respublikasının İdman və Gənclər Nazirliyinin16.10.2025-ci il tarixdə Azərbaycan Dövlət İdman Akademiyasının İdman zalında “Konstitusiya və Suverenlik ili” nə həsr edilmiş “GİNius tələbə-gənclər kuboku 2025” “Fibonacci” intellektual-əyləncəli oyun – yarış keçirilmişdir. Ali və Orta ixtisas müəssisələri arasında ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecinin “BNEK-1” adlı komandası da yarışda iştirak etmişdir.

