12.06.2024-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft Energetika Kollecində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kollecin direktoru dos. Ata Babayev, Kollec rəhbərliyi, müəllimlər və tələbələr və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məsul əməkdaşı, şöbə rəisi, aprel döyüşləri qazisi, polkovnik Eldəniz Sadıqov iştirak etmişdir.
Azərbaycan Respublikasını Dövlət Himni ilə açıq elan edilən tədbirdə çıxış üçün ilk söz dos. Ata Babayeva verildi. Xalqımızın keçmişdə yaşadığı çətinlikləri, keşməkeşli günləri gənclərin nəzərinə çatdırdıqdan sonra, günümüz Azərbaycanının Ulu öndər Heydər Əliyevin və onun davamçısı olan Ali Baş Komandan İlham Əliyevin dərin siyasəti nəticəsində necə qüdrətli, güclü bir ölkəyə çevrildiyini, dövlətimizin, xalqımızın daha da yüksəklərə gəlməsi üçün gənclərimizin çalışmalı olduqlarını vurğulayan dos. Ata Babayev hər kəsi bu gözəl gün münasibəti ilə təbrik edərək çıxışını sonlandırdı.
Ulu Öndərin Milli qurtuluşumuz üçün canını verməyə hazır olduğunu əks etdirən videoçarxdan sonra növbəti çıxışda müharibə dövründə yaşadıqlarını dilə gətirən aprel döyüşləri qazisi, polkovnik Eldəniz Sadıqov həmin günlərin çətinliklərini gənclərin nəzərinə çatdıraraq onlara həmrəy, güclü, savadlı olmaqlarını tövsiyyə etdi.
Bundan sonra kollec müəllimlərinin 15 iyun haqqında informasiya verdiyi çıxışları və tələbələrin vətənpərvər ruhda ifa etdikləri şeirləri ilə tədbir yekunlaşdı.