ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kolleci və Bakı 20 saylı Mediasiya təşkilatı ilə birgə keçirilmiş, Kollec rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirak etdiyi “Mübahisələrimizin həlli Mediasiyada” mövzusunda təlimi 24.05.2024-cü ildə baş tutmuşdur.
Tədbiri açıq elan edən, Kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov ilk öncə Kollecin direktoru dos. Ata Babayevin salamlarını təşkilat üzvlərinə və tədbir iştirakçılarına çatdırdıqdan sonra direktorun üzürlü səbəbdən bu tədbirdə iştirak edə bilməməsini və Mediasiya təşkilatına uğurlar arzuladığını da bildirdi.
Tədbir haqqında qısa məlumat verən direktor müavini Mediasiya təşkilatının nümayəndələrini də auditoriya tanıtdıqdan sonra sözü qonaqlara verdi.
Tədbirdə 20 saylı Mediasiya təşkilatının nümayəndələri İsmayılova Səbinə, Əskərova Venera və Həsənova Səltənət mediasiya ilə bağlı tədbir iştirakçılarını maarifləndirmiş və bu mövzuda onlara öz tövsiyyələrini vermişdir.