08.05.2024-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft -Energetika Kollecində Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Ulu Öndərin irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru dos. Ata Babayev Ümummilli lider Heydər Əliyev irsini daim öyrənməyin, qorumağın, təbliğ və tətbiq etməyin, bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələ olduğunu bildirib.