31 Mart -Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar 29 mart 2024-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft -Energetika Kollecinde ilk dərs saatları soyqırıma həsr edilmişdir. Müəllimlərimiz ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə məlumatları tələbələrin diqqətinə çatdırmışdır. Kollecimizdə soyqırımla əlaqədar sərgi də keçirilmişdir.