19.01.2024 -cü il tarixində Bakı Neft -Energetika Kollecində “20 Yanvar Hüzn günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublukasının Dövlət Himni səsləndirildi, daha sonra Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi .
Çıxış üçün söz kollecin direktoru dosent Ata Babayevə verildi. Ata müəllim həmin gün yaşanan real hadisələri tədbirdə iştirak edən tələbələr üçün dilə gətirdi. Onlara “Qanlı Yanvar” gunünü, düşməninlərimizi unutmamağı tapşırdı.
Tədbirin digər hissələrində geniş məruzələr “Qanlı Yanvar” gunünə həsr olunmuş şeirlər səsləndirildi.
Bundan başqa kollecdə “20 Yanvar Hüzn günü”nə aid yaradılmış guşələr müəllim və tələbələr tərəfindən ziyarət edilmişdir.
Eləcə də kollecin müəllim və tələbələri dəyirmi masa arxasında “20 Yanvar Hüzn günü”nə aid mövzularda danışmış, müzakirələr etmiş və həmin günləri böyük hüznlə yad etmişdir.