ADNSU-nun nəzdində Bakı Neft-Energetika kollecinin direktoru dos. Ata Babayev və kollecin aktiv tələbələri ilə 11.01.2024 tarixində ilə səhər yeməyi süfrəsi arxasında səmimi görüş keçirilmişdir. Görüş zamanı kollecdə həyata keçiriləcək yeni layihələr, təlbələrin gələcək planları, fikirləri barədə, onların ehtiyacları, problemləri və eləcə də sevincləri kimi məsələlər danışılaraq, tələbələrin asudə vaxtlarının daha səmərəli keçirmələri üçün kollecin rəhbəri tərəfindən tələbələrə mühim tövsiyyələr verildi.
Görüş zamanı yaranmış səmimi ab-hava tələbələrimizə böyük ruh yüksəkliyi verdiyi kimi, direktor dos. Ata Babayev də bu görüşdən çox məmnun qaldığını və bundan sonra da bu kimi görüşlərin keçiriləcəyini bildirdi. Görüş sonunda tələbələrlə xatirə üçün kollektiv şəkil çəkildi.