Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq 22.12.2023-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində “Xalqın vahidliyi” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir Dövlət Himninin oxunması ilə başlamışdır sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov çıxış etmişdir. Tədbirin davamında kollecin Sosial fənlər fənn birləşmə komissiyasının müəllimləri Sevinc Məmmədova, Mətanət Yolçuyeva çıxış etmişdirlər. Xalqın vahidliyi mövzusuna həsr olunmuş video-çarx tədbir iştirakçılarına təqdim olunmuşdur.

Keçirilmiş tədbirdən foto şəkilləri sizlərə təqdim edirik.