10.10.2023-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində Təhsil Tələbə Kredit fondu (TTKF) haqqında tədbir keçirilmişdir. Tədbirə giriş sözünü kollecin Tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov açmışdır sonra Təhsil Tələbə Kredit fondunun təhsil müəssisələrinin iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova çıxış edərək, fond haqqında tələbələrə ətraflı məlumat vermiş, tələbələrin suallarını cavablandırmışdır.

Tədbirdən fotoşəkilləri sizlərə təqdim edirik.