15.09.2023-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində 15 sentyabr “Bilik günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdən öncə kollec rəhbərliyi, kollecin girişində düzəldilmiş Ulu Öndər Heydər Əliyevin stendi qarşısına gül qoymuşlar, daha sonra kollecimizin tələbə və məzunları olan şəhidlərimizin qərənfillərlə bəzədilmiş stendi qarşısında onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etmişdir.
Tədbirin ikinci hissəsi kollecimizin oxu zalında keçirilmişdir. Dövlət himnin oxunması ilə başlayan tədbir, kollecin direktoru Ata Babayevin tələbələrə etdiyi tərbiyəvi, əhəmiyyətli çıxışı ilə davam etmişdir.
Tədbirin üçüncü hissəsində kollecimizə 2023/2024-cü tədris ilində Ümumi orta təhsil bazasından qəbul olmuş, ən yüksək bal toplamış 5 tələbə təltif olunmuşdur. Rəhbər heyət fərqlənən tələbələrə – Əhmədli Həsən Araz oğlu (210.8 bal), Qurbanova Şüküfə Elman qızı (184.9 bal), Qasımov Kənan Eldar oğlu (181 bal), Yaqublu Kamran Azər oğlu (180 bal), Nuriyev Aslan Xasay oğlu (175.5 bal) təltifnamə təqdim edərək onlarla xatirə şəkili çəkdikdən sonra kollecin tədris işləri üzrə direktor müavini Şahnisə Əhmədova kollecimizin geniş tarixi, gözəl keçmişi haqqında, eləcə də hazırki dövrdə kollecin maddi-texniki bazası haqqında məlumat verdi.
Tədbirə aid fotoşəkilləri sizlərə təqdim edirik.