ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecində 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyası 01.06.2023-cü il tarixindən etibarən başlamışdır. İmtahanların şəffaf və ədalətli formada keçirilməsi üçün kollecdaxili imtahan qərargahı yaradılmış, kifayət qədər təcrübəli müəllimlərdən ibarət nəzarətçi heyəti təyin olunmuş və ümumilikdə imtahanda baş verə biləcək bütün problemlərin aşkarlanması və həlli üçün nəzarət komissiyası yaradılmışdır. Eləcə də, imtahan nəticəsindən narazı olan tələbələr üçün apelyasiya komissiyası da mövcuddur.
İmtahan prosesinə kollecin direktor vəzifəsini müvəqqəti icra edən dos. Ata Babayev mütəmadi olaraq nəzarət edir və imtahanlarda iştirak edərək bu mövzuda tələbələrlə maraqlanır, onların imtahanlarla bağlı çətinliklərinə qanun çərçivəsində kömək göstərir.