07.04.2023-cü il tarixində ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində valideyn iclası keçirilmişdir. İclasda kollecin direktoru dos. Ata Babayev və bütün rəhbər heyət iştirak etmiş, təhsil alanların təhsilinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə valideynləri maraqlandıran məsələlər müzakirələr olunmuşdur. Eləcə də tələbələrin təhsilə dəvamiyyəti ilə bağlı kollec əməkdaşlarının valideynlərlə sıx əlaqəli işləmələri barədə söhbət aparılmışdır. Tələbələrin daha nizamlı – intizamlı olmaları üçün validenylərin də dəstəyinin olması məsələsinə baxılmışdır.