26 iyun “Narkotik vasitələrinin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbirlər keçirildi.
Kollecin tərbiyə işləri üzrə direktor müavini məktubun məzmunu ilə tələbələri ətraflı tanış etdi, onları maraqlandıran sualları cavablandırdı. Tələbələrin antinarkotik dünya görüşününün formalaşdırılması məqsədi ilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar və mühazirələr təşkil edildi və bu haqda tələbələrlə geniş maarifləndirmə işləri aparıldı.