Hörmətli məzunlar,
Azərbaycan Respublikasının Dövlət Başçısı tərəfindən dövlət əhəmiyyətli, həmçinin özəl sektorlarda fəaliyyət göstərən qurumların qarşısında qoyulan prioritet istiqamətlərdən biri də işsiz vətəndaşların işlə təmin olunması və Dövlətin ali inkişaf strategiyasına uyğun olaraq işsizliyin rəsmi şəkildə azaldılması məsələsidir. Bununla bağlı olaraq, işsiz şəxslər müvafiq qurumlar tərəfindən, müəyyən təlim-tədris prosesinə cəlb edilərək sonda rəsmi şəkildə işlə təmin edilir.Təlimin müddəti 1 aydan başlanılır və hər ay ərzində iştirakçılara 300 manat məbləğində təqaüd verilir. Həmçinin təlimləri uğurla başa vuran şəxslərə Akkreditasiyadan keçmiş sertifikat təqdim edilir.
Elana uyğun müraciət edəcək şəxslərə dair tələblər aşağıdakılardır:
Müraciətçinin adına dövlət tərəfindən verilən hər hansı sosial yardım olmamamlı;
Müraciətçi (müraciətdən öncə və ya sonra) mütləq şəkildə işsiz və ya işaxtaran kimi qeydiyyata düşməli;
Cari zaman zərfində hər hansı bir təhsil müəssisəsində tələbə statusunda olmamalı;
Rəsmi qeydiyyatda olduğu aktiv işçi statusu olmamalıdır (işsiz olmalı).
Maraqlanan şəxslər cv-lərini aliyeva92a@gmail.com elektron ünvanına yönləndirsinlər.
Elanın paylaşılması sərbəstdir.
Mail-in başlıq yerində mütləq şəkildə müraciət etdikləri peşənin adı qeyd olunmalıdır, əks halda cv-lərin qeydiyyatı qəbul edilməyəcəkdir.
Mövcud təlimlər və iş vakansiyaları aşağıdakı peşələrə aiddir (Bu vakansiyalara müraciət etmək üçün ali və ya texniki peşə təhsili mütləqdir):
1. Elektrik qaz qaynaqçısı
2. Lazer qurğuları qaynaqçısı
3. Elektronşüa qaynaqçısı
4. Avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı
5. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik
6. Frezer operatoru
7. Torna operatoru
8. İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər
9. Lift təmiri ustası
10. Qatar maşinisti
11. Neft emalı avadanlıqların təmiri üzrə çilingər (mexanika)
Hətta müvafiq şəxslər aşağıdakı peşələrə öz cv-lərini göndərə bilərlər (yuxarıdakı şərtlər və təqaüdlər bu peşələrə də şamil edilir) (Aşağıdakı vakansiyalara müraciət etmək üçün ali və ya orta ixtisas tehsilinin olması vacib deyil):
1. Qəssab
2. Satıcı
3. Kassir
4. Mühafizə
5. Dərzi